Rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, Lənkəran şəhər sakini 1990-cı il təvəllüdlü Xasıyev Adil Vüqar oğlu münaqişə zəminində həmyerlisi 1960-cı ildə anadan olmuş Kazımov Hicran Hüseyn oğlunu bıçaqlayıb. 23 yaşlı oğlan özündən 30 yaş böyük kişinin bədəninin müxtəlif nahiyələrinə 7 bıçaq zərbəsi endirib. H.Kazımov ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Onu öldürməyə cəhd göstərən gənc isə yaxalanıb.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 29.120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə iş başlanılıb.
Hadisənin səbəbləri araşdırılır.