Saxta MTN-çilərin məhkəməsi başlayıb
30 iyul 2015 17:19 (UTC +04:00)

Saxta MTN-çilərin məhkəməsi başlayıb

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Bulud Kərimovun və Urfan Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
 

Lent.az-ın məlumatına görə, hakim Rauf Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. Məhkəmə baxışı arqustun 12-ə təyin edilib.
 

Qeyd edək ki, Bulud Kərimov özgənin əmlakını ələ keçirmək məqsədilə tanışları Nizami Qəhrəmanov və Urfan Hüseynovla birlikdə mütəşəkkil dəstə yaradıblar. Təqsirləndirilən şəxslər özlərini Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşı kimi təqdim edərək, onların etibarından sui-istifadə etməklə külli miqdarda ziyan vurublar.

Onlardan Nizami Qəhrəmanov istintaqdan qaçıb gizləndiyinə görə barəsində axtarış elan olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 195
avatar

Səlcuq Elçin

Oxşar yazılar