Ovçu öz silahı ilə özünü güllələdi
19 fevral 2013 11:55 (UTC +04:00)

Ovçu öz silahı ilə özünü güllələdi

Fevralın 18-də Sumqayıt şəhərində intihar hadisəsi baş verib. Şəhər Prokurorluğundan Lent.az-a verilən məlumata görə, Köhnə Corat qəsəbəsi, 2-ci məhəllə, ev 263 ünvanında yaşayan 1951-ci il təvəllüdlü Quliyev Ədalət Əbülfət oğlu özünü yaşadığı evdə “Vençestr” markalı silahla güllələyərək intihar edib. 62 yaşlı kişi başına atəş açıb və hadisə yerindəcə keçinib.

 

Hadisə yerindən Ə.Quliyevin yazdığı məktub da tapılıb. 62 yaşlı kişi qeyd edib ki, kimsənin onun intihar etməsində günahı yoxdur.

 

Məlumata görə, Ə.Quliyevin maddi sıxıntısı olmayıb. Uzun illər dövlət idarələrində sürücülük etmiş kişi həm də ovçu imiş. Son illərdə isə əsəbi olan şəxs həm də içkiyə meyl edirmiş.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1245
avatar

Nizam Rza

Oxşar yazılar