Aprelin 30-da Saatlı rayonunda intihar hadisəsi baş verib. Rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, Fətəlikənd kənd sakini 1983-cü il təvəllüdlü Abdullayev Kazım Mirzəhüseyn oğlu özünü asaraq intihar edib. 30 yaşlı Saatlı sakini özünü yaşadığı kəndin yaxınlığındakı otlaqda, söyüd ağacından asıb.
Faktla əlaqədar cinayət işi başlanılıb, araşdırmalar aparılır.