Ötən il itkin düşən şəxsin meyiti tapıldı
03 may 2014 15:25 (UTC +04:00)

Ötən il itkin düşən şəxsin meyiti tapıldı

Kür çayında beş ay öncə itkin düşən şəxsin meyiti tapılıb. Bu barədə Lent.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib. Belə ki, ötən il dekabrın 13-də Kür çayının Samux rayonunun Qırmızı Samux qəsəbəsinin ərazisindən keçən hissəsində Hacalı kənd sakini Turan Həsənov itkin düşüb. Onun üzərində zorakılıq əlamətləri görünməyən meyiti dünən aşkar edilib.

 

Hazırda faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 803
avatar

Oxşar yazılar