Bakıda oteldən oğurluq etməkdə təqsirləndirilən Nicat Məmmədov, Elman Bəkirov, Ceyhun Məmmədov, Elməddin Vəliyev, Adil Həşimov, Rəşid Paşayev və Hüseyn Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hakimlər kollegiyasının hökmünə əsasən, Elməddin Vəliyev 8 il, Nicat Məmmədov 7 il 6 ay, Adil Həşimov 8 il, Elman Bəkirov 4 il müddətinə azadlıqdan məhrum ediliblər.
Ev dustaqlığında olan Rəşid Paşayev isə məhkəmə zalında həbs edilib və ona 7 il müddətinə azadlıqdan məhrumetmə cəzası verilib.
Hüseyn Hüseynov və Ceyhun Məmmədovun hər biri isə 3000 min manat məbləğində cərimə ediliblər.
Qeyd edək ki, təqsirləndirilən şəxslər Bakıda Natella Quliyevaya məxsus Zeytəm otelinin həyətinə daxil olaraq, oradan 27 min manatlıq oğurluq ediblər. Bundan başqa dəstə üzvləri Bakıda yerləşən şirkətlərdən kondisoner, radiator və digər əşyaları oğurlayıblar.