Orta məktəb müəllimi intihar etdi
30 aprel 2013 13:23 (UTC +04:00)

Orta məktəb müəllimi intihar etdi

Azərbaycanda orta məktəb müəllimi intihar edib.


 

İsmayıllı Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə rayonun Qalıncaq kəndində qeydə alınıb. Kənd sakini, 48 yaşlı Azad Məmmədəli oğlu Rəcəbəliyev yaşadığı kəndin yaxınlığındakı meşə massivində özünü asıb. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.  

 

Prokurorluqdan həmçinin bildirilib ki, A. Rəcəbəliyev Qalıncaq kənd orta məktəbində bədən tərbiyəsi müəllimi işləyirmiş.

 

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2114
avatar

Oxşar yazılar