Orduya yardım fondunun vəsaiti  3.9 milyon dollar artıb
01 may 2014 12:04 (UTC +04:00)

Orduya yardım fondunun vəsaiti 3.9 milyon dollar artıb

Azərbaycan Silahlı Qüvvələrinə Yardım Fondunun vəsaiti son bir ayda 562424 manat artıb.


 

Bu barədə APA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

 

Mayın 1-i tarixinə Fondun manat hesabındakı vəsait 53810708 AZN, ABŞ valyutası hesabındakı vəsait 211791 ABŞ dolları, Avro hesabındakı vəsait isə 593 Avro təşkil edib.

 

Vəsait artımı Azərbaycan manatı hesabında baş verib. ABŞ dolları və Avro hesabındakı vəsait dəyişməz qalıb. Rusiya rublu ilə olan hesaba isə vəsait daxil olmayıb.

 

Azərbaycan Silahlı Qüvvələrinə Yardım Fondunun vəsaiti 2014-cü ilin əvvəli ilə müqayisədə 3 056 194 manat  (3 896 717 ABŞ dolları) artıb. Mayın 1-i tarixinə Silahlı Qüvvələrə Yardım Fondunun cəmi vəsaiti 68 822 495 ABŞ dollarına çatıb.

 

Qeyd edək ki, Silahlı Qüvvələrə Yardım Fondu Azərbaycan prezidentin 17 avqust 2002-ci il tarixli sərəncamı ilə yaradılıb. Sərəncama əsasən, Silahlı Qüvvələrə Yardım Fondu respublika ərazisində fəaliyyət göstərən fiziki və hüquqi şəxslərdən könüllü olaraq daxil olan vəsait və qanunvericiliklə qadağan olunmamış digər daxilolmalar hesabına formalaşır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 356
avatar

Oxşar yazılar