Opel avtobusa çırpılıb: <span style="color:red;">xəsarət alanlar var
07 aprel 2014 11:41 (UTC +04:00)

Opel avtobusa çırpılıb: xəsarət alanlar var

Gəncədə 3 nəfərin yaralanması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Gəncə şəhər Baş Polis İdarəsindən APA-nın Qərb bürosuna verilən məlumata görə, hadisə şəhərin Atatürk prospekti ilə İsrafil Məmmədov küçəsinin kəsişməsində olub.

 

Gəncə şəhər sakini, 49 yaşlı Müzadil Sarıyev idarə etdiyi “Opel” markalı avtomobillə yolun kənarında dayanan, Gəncə şəhər sakini, 58 yaşlı Qələndər Hüseynova məxsus, “Hyundai” markalı avtobusa çırpılıb. Qəza zamanı “Opel”in sürücüsü və 2 sərnişini, 49 yaşlı Namiq Cunayev, 39 yaşlı Asim Hüseynov müxtəlif bədən xəsarətləri alıblar. Onlar dərhal Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdiriliblər. Yaralanan şəxslərin vəziyyətinin orta ağır olduğu bildirilir.

 

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır. 

# 433
avatar

Oxşar yazılar