Sumqayıt şəhərində xəstəxananın həyətindən kişi meyiti tapılıb. Şəhər Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, meyit Onkoloji Dispanserin arxa hissəsində, ağaclıqda aşkarlanıb.
Aparılmış araşdırmalar nəticəsində məlum olub ki, ölən şəxs xeyli müddət səfil həyat tərzi keçirən, 1957-ci il təvəllüdlü Soniç Valeriy Yakoboviçdir. Onun üzərində zorakılıq əlamətləri aşkarlanmayıb.
Faktla əlaqədar araşdırmalar davam etdirilir.