Ömər Məmmədovun apelyasiya şikayəti təmin olunmadı
22 dekabr 2014 14:37 (UTC +04:00)

Ömər Məmmədovun apelyasiya şikayəti təmin olunmadı

Bu gün Bakı Apellasiya Məhkəməsində “Nida” vətəndaş hərakatının üzvü, Axın təşkilatının təsisçisi 1995-ci il təvəllüdlü  Ömər Məmmədovun cinayət işi üzrə apelyasiya şikayətinə baxılıb. Lent.az-ın məlumatına görə, məhkəmə Ağır Cinayətlər Məhkəməsinin qərarını qüvvədə saxlayıb. Ö. Məmmədov şikayəti təmin olunmuyub.

Qeyd edək ki, bu il yanvarın 30-da  Ömər Məmmədov Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həbs edilib. Ona qarşı CM-nin 234.4.3-cü (külli miqdarda narkotik saxlama, gəzdirmə, satma) maddəsilə ittiham irəli sürülüb. Artıq Nəsimi Rayon Məhkəməsinin qərarı ilə onun barəsində ilkin istintaq dövrü üçün 3 aylıq həbs-qətimkan tədbiri seçilib.

 Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ö. Məmmədov 5 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 225

Oxşar yazılar