Ombudsman əsgərin ölümü ilə bağlı Hərbi Prokurorluğa müraciət etdi
11 yanvar 2013 15:01 (UTC +04:00)

Ombudsman əsgərin ölümü ilə bağlı Hərbi Prokurorluğa müraciət etdi

Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili 2013-cü il yanvar ayının 8-də Müdafiə Nazirliyinin Daşkəsən rayonu ərazisində yerləşən N saylı hərbi hissəsinin əsgəri Ceyhun Qubadovun ölüm hadisəsi ilə bağlı Hərbi Prokurorluğa müraciət edib. Ombudsman Aparatından APA-ya verilən məlumata görə, müraciətdə baş vermiş ölüm hadisəsindən narahatlıq ifadə olunub.

 

Elmira Süleymanova hərbi qulluqçuların hüquqlarının daha etibarlı təmin edilməsi və gələcəkdə bu kimi halların baş verməsinin qarşının alınması məqsədilə əsgər Ceyhun Qubadovun ölüm faktının səbəblərinin, habelə ekspertizanın nəticələrinin tam və hərtərəfli yoxlanılması, ölümün səbəbi kimi zorakılıq halı təsdiqləndikdə müvafiq tədbirlərin görülməsi və günahkarların qanunun tələblərinə uyğun cəzalandırılmasını xahiş edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 803
avatar

Oxşar yazılar