Oğuzda silahlı şəxslər saxlanılıb
23 may 2018 12:31 (UTC +04:00)

Oğuzda silahlı şəxslər saxlanılıb

Oğuz rayonunda silahlı şəxslər saxlanılıb. Lent.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Oğuz rayon Polis Şöbəsinə 2 nəfər silahlı şəxsin meşəyə tərəf getdiyi barədə məlumat daxil olub. Dərhal görülmüş tədbirlərlə həmin şəxslər Ərmənət kəndi ərazisində polis və Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılıblar.

 

Araşdırmalarla onların həmin kənd sakinləri Səbuhi Həkimov və Müşfiq Dadaşov olduqları müəyyən edilib. S.Həkimovdan İJ” markalı ov tüfəngi və 5 ədəd patron, M.Dadaşovdan isə “Tula” markalı ov tüfəngi və 15 ədəd patron götürülüb.

 

Oğuz RPŞ-də araşdırma aparılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 188
avatar

Oxşar yazılar