Oğuzda külli miqdarda narkotik məhv edildi  - FOTO
06 iyul 2019 09:56 (UTC +04:00)

Oğuzda külli miqdarda narkotik məhv edildi - FOTO

0
“Xaş–xaş 2019” əməliyyat-axtarış və profilaktiki tədbirlər planına uyğun olaraq Oğuz  Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən yabanı halda bitmiş narkotik tərkibli bitkilərin aşkar olunaraq məhv edilməsi istiqamətində əməliyyat tədbiri keçirilib.
 
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Lent.az-a verilən məlumata görə, rayonun Bayan kəndi ərazisində əkin sahələrinin kənarında yabanı halda bitmiş 3 ton 144 kiloqram narkotik tərkibli çətənə kolları  kökündən çıxarılıb, yandırılaraq  məhv edilib.
 
Faktla bağlı rayon Polis Şöbəsində  araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 697

Oxşar yazılar