Oğurluq malı satan da, alan da tutuldu
06 iyul 2017 11:22 (UTC +04:00)

Oğurluq malı satan da, alan da tutuldu

Daxili işlər orqanları tərəfindən mülkiyyət əleyhinə olan cinayətlərin qarşısının alınması və bu tipli qanun pozuntularını törədən şəxslərin ifşa olunması istiqamətində növbəti əməliyyat-axtarış tədbiri həyata keçirib. Nazirliyin mətbuat xidmətindən Lent.az-a bildirilib ki, Binəqədi Rayon Polis İdarəsi 6-cı Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bu ilin mart ayının 24-də Sulutəpə qəsəbəsində yerləşən mənzillərdən birindən 8000 ABŞ dolları dəyərində qızıl-zinət əşyaları və televizor oğurlamaqda şübhəli bilinən Yevlax rayon sakinləri, əvvəllər məhkum olunmuş şəxslər - Ramiz Abbasov və Toğrul Abbaslı saxlanılıblar. Araşdırma zamanı məlum olub ki, R.Abbasov və T.Abbaslı gecə saatlarında qeyd edilən mənzildə işıqların yanmadığını görərək oradan oğurluq etmək qərarına gəliblər. Saxlanılan şəxslər qızıl-zinət əşyalarını və televizoru əvvəldən tanıdıqları Nəriman adlı şəxsə dəyər-dəyməzinə satdıqlarını bildiriblər.

 

Əməliyyat-axtarış tədbirlərinin davamı olaraq qeyd edilən şəxslərdən qızılları və televizoru oğurluq olduğunu bilə-bilə almaqda şübhəli bilinən Bakı şəhər sakini Nəriman Kərimov da saxlanılaraq istintaqa təqdim olunub. Saxlanılan şəxslərin ətraflarında aparılan sonrakı əməliyyat-axtarış tədbirləri zamanı müəyyən edilib ki, onlar müxtəlif vaxtlarda Xəzər rayonunun “Albalılıq” yaşayış massivində yerləşən 5 fərdi yaşayış evindən də oğurluq ediblər.

 

Qeyd edilən faktlarla bağlı zəruri istintaq hərəkətləri, eləcə də əməliyyat-axtarış tədbirləri davam etdirilir.     

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 609

Oxşar yazılar

Həsən Kür

Gənc şair Həsən Kür intihara cəhd etdi - FOTO

22 fevral 2025 , 21:00
Bakıda kişi doğum günündən sonra özünü asdı

Bakıda kişi doğum günündən sonra özünü asdı

22 fevral 2025 , 20:00
Binadan yıxılan azyaşlı sağ qaldı

Binadan yıxılan azyaşlı sağ qaldı

22 fevral 2025 , 19:25
Zaqatalada kişi özünü asdı

Zaqatalada kişi özünü asdı

22 fevral 2025 , 19:14
Naftalanda evdən meyit tapıldı

Naftalanda evdən meyit tapıldı

22 fevral 2025 , 19:06
İsrailin azad etdiyi terrorçu binadan yıxılıb öldü - VİDEO

İsrailin azad etdiyi terrorçu binadan yıxılıb öldü - VİDEO

22 fevral 2025 , 19:00
Bakıda narkotik aludəçilərinin meyitləri tapıldı

Bakıda narkotik aludəçilərinin meyitləri tapıldı

22 fevral 2025 , 18:29
Bakıda yas yasa QARIŞDI: kişi yeməkdən boğulub öldü

Bakıda yas yasa QARIŞDI: kişi yeməkdən boğulub öldü

22 fevral 2025 , 17:10