Martın 1-də saat 17 radələrində Nərimanov rayonunun A.M.Cümə küçəsində Bakı şəhər sakinləri Mansur Vəliyevin idarə etdiyi “Mercedes” və Rövşən Cahangirovun idarə etdiyi “Jeep” markalı avtomobillər toqquşub. Lent.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, nəticədə hər iki sürücüyə, habelə M.Vəliyevin 1 sərnişininə xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.
Nərimanov RPİ 17-ci PB əməkdaşları tərəfindən aparılan araşdırmalarla R.Cahangirovun idarə etdiyi avtomobili A.M.Cümə küçəsində yerləşən işlədiyi avtoyuma məntəqəsindən qaçırması müəyyən edilib.