Salyan rayon sakinləri Şəhriyar Əsədli və Təbriz Həsənov saxlanılıb.
Lent.az-a Daxili İşlər Nazirliyindən daxil olan məlumata görə, martın 1-də 2 şəxs Sumqayıt şəhərində 2 dananı satmaq istəyərkən özlərini şübhəli apardıqlarından ərazidə xidmət aparan polis əməkdaşlarının diqqətini cəlb edib və onlar saxlanılaraq Polis İdarəsinə gətiriliblər.
Araşdırma zamanı onların Salyan rayon sakinləri Şəhriyar Əsədli və Təbriz Həsənov olmaları, satmaq istədikləri həmin heyvanları isə rayonun Qaraçala qəsəbəsindəki fermadan oğurlamaları müəyyən edilib.