Oğurladığı maşınla tutuldu
03 sentyabr 2014 11:17 (UTC +04:00)

Oğurladığı maşınla tutuldu

Bakıda maşın oğurluğu ilə məşğul olan şəxs saxlanılıb. Bakı şəhər Baş Polis idarəsindən Lent.az-a verilən məlumata görə, avqustun 29-da H.Cavid prospektində Rahib Səfərova məxsus «VAZ-2107» markalı avtomobil qaçırılıb. Yasamal rayon Polis şöbəsinin əməkdaşları  keçirdikləri əməliyyat tədbirləri nəticəsində, avtomobil sentyabrın 2-i saat 01:30 radələrində A.Abbasov küçəsində üzərində avqust ayında Nəsimi rayonu Q.Quliyev küçəsində Zarema Saarbəyovaya məxsus «Chevrolet-Aveo» markalı avtomobildən oğurlanan hər iki dövlət nömrə nişanı ilə birlikdə aşkar edilib. Avtomobili idarə edən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş 1977-ci il təvəllüdlü Fuad Əsədov tutulub.

 

Faktla bağlı araşdırmalar aparılır.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 658
avatar

Səlcuq Elçin

Oxşar yazılar