
Qaz sayğacı oğrusu tutuldu
0
0
Oğurluq edən şəxs tapılaraq məsuliyyətə cəlb edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Xaçmaz RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə axtarışda olan E.Hüseynov saxlanılıb.
Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun bu ilin yanvar-aprel aylarında bir yardımçı təsərrüfatdan 2 ev quşu, bir köşkdən 100 manat, üç evdən inşaat materialları, televizor və pul, iki həyətyanı sahədən qaz sayğacı və inşaat materialları oğurlaması da müəyyən edilib.
0
0