Nurçuluğun yayılmasının qarşısının alınmasına yönəlik layihələr maliyyələşdiriləcək
02 may 2014 16:42 (UTC +04:00)

Nurçuluğun yayılmasının qarşısının alınmasına yönəlik layihələr maliyyələşdiriləcək

Azərbaycanda dövlət qurumları QHT-lərin nurçuluğun yayılmasının qarşısının alınmasına yönəlik layihələrini maliyyələşdirəcək.


 

Azərbaycan prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev APA-ya açıqlamasında deyib ki, nurçuluq, vəhhabilik, ümumiyyətlə, milli maraqlarımızı təhdid edən, ümumi dini konstruksiyamızı pozan, insanları başqa yola yönləndirən və başqa qrupların əlində siyasi alətə çevirən bütün qeyri-ənənəvi, radikal dini cərəyanların hamısı təhlükəlidir. Onun sözlərinə görə, Şuranın mart ayında elan etdiyi qrant müsabiqəsində ayrıca bir mövzu buna həsr edilib və Şura bu istiqamətdə layihələri maliyyələşdirəcək: “Cinayət Məcəlləsinə əlavə edilib və artıq bu cür təriqətlərə qoşulan, terror hadisələrində iştirak edən, Azərbaycandan kənarda qanunsuz silahlı birləşmələrdə iştirak edənlərə qarşı cinayət təqibi var. Eyni zamanda biz başa düşürük ki, bu cür dini cərəyanlarla, qruplarla, şəbəkələrlə təkcə qanunvericilik səviyyəsində, hüquq dilində danışmaq effekt vermir. Bununla yanaşı, profilaktiki işlər aparılmalıdır ki, gənclərimizin bu cür qeyri-qanuni və qeyri-ənənəvi təriqətlərin təsiri altına düşməsinə imkan verilməsin. Bu mövzuda qrant müsabiqəsində iştirak etmək istəyən QHT-lər layihələrini təqdim ediblər. 200-ə qədər layihə daxil olub, yaxın zamanlarda qaliblər elan olunacaq. Bu istiqamətdə əsaslandırılmış təkliflər verən, layihələrlə çıxış edən QHT-ləri dəstəkləyəcəyik. Bu, artıq Şuranın mövqeyidir”.

 

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya bildirilib ki, son 2 il ərzində Dövlət Komitəsi zərərli dini cərəyanlar, o cümlədən qeyri-qanuni yollarla nurçuluq, həmçinin təkfirçi düşüncəni yayan radikal vəhhabilik haqqında əhalinin maarifləndirilməsi, onların yayılmasının qarşısının alınması istiqamətində QHT-lərlə mütəmadi olaraq birgə fəaliyyət həyata keçirir.

 

 Dövlət Komitəsinin dini icmaların sosial layihələrinə dəstək proqramı da müvafiq QHT-lərlə partnyorluq formasında həyata keçirilir.

 

Gənclər və İdman Nazirliyi də gənclər təşkilatlarının bu istiqamətdə layihələrinə dəstək verməyə hazır olduğunu açıqlayıb. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən APA-ya bildirilib ki, əgər hansısa gənclər təşkilatları tərəfindən zərərli sektalarla mübarizə, dövlət əleyhinə yönəlimiş hansısa neqativ faktlarla mübarizə məqsədilə bağlı layihələr təqdim olunarsa, nazirlik bu layihələri dəstəkləməyə hazırdır.

 

Azərbaycan prezidenti yanında Gənclər Fondundan isə APA-ya bildirilib ki, Fondun qrant müsabiqələri çərçivəsində elan olunan mövzu və istiqamətlərə Fondun Müşahidə Şurası tərəfindən qərar verilir: “Növbəti qrant müsabiqəsi yay aylarında həyata keçiriləcək və maliyyə dəstəyi ayrılacaq layihələrin mövzuları Müşahidə Şurası tərəfindən açıqlanacaq”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 951
avatar

Oxşar yazılar

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

14 dekabr 2024 , 18:53
Azərbaycanda tələbə vəfat etdi

Azərbaycanda tələbə vəfat etdi

14 dekabr 2024 , 15:06
Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

14 dekabr 2024 , 14:28
Şikayətçidən rüşvət alan polis  həbs olundu

Şikayətçidən rüşvət alan polis həbs olundu

14 dekabr 2024 , 13:26
Bakı metrosunda ÖLÜM

Bakı metrosunda ÖLÜM

14 dekabr 2024 , 12:56
Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

14 dekabr 2024 , 12:46
Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

14 dekabr 2024 , 12:05
Ayı ovçunu parçaladı

Ayı ovçunu parçaladı

14 dekabr 2024 , 10:21