Bir neçə ay əvvəl Sabunçun icra başçısı Adil Vəliyev Balaxanı sakinləri ilə görüş zamanı qəsəbənin icra nümayəndəsi Fərhad Qurbanovu vəzifəsindən uzaqlaşdırmışdı. Buna səbəb icra başçısı görüşdə Fərhad Qurbanovun rüşvət alması ilə bağlı sakinlərin şikayət etməsi olmuşdu.
Lent.az-ın qafqazinfo-ya istinadən verdiyi məlumata görə, F.Qurbanov yenidən həmin vəzifənin icrasına başlayıb. Məsələyə aydınlıq gətirmək üçün qafqazinfo Sabunçu icra başçısı Adil Vəliyevlə əlaqə saxlayıb. İcra başçısı bildirib ki, həmin vaxt Fərhad Qurbanov Balaxanı icra nümayəndəsi vəzifədən bir aylıq müddətinə uzaqlaşdırılmışdı, təkrarən vəzifəyə qaytarılması isə qəsəbə camaatı ilə müzakirələrdən sonra baş tutub: “Qəsəbənin 200 nəfərlik nümayəndəsi ilə iclas keçirdik, onlardan 184 nəfəri Fərhad Qurbanovun qüsurlarını aradan qaldırdığını və onun yenidən işə bərpasına etiraz etmədiklərini deyib. Mən Balaxanıda böyük işlərin görüləcəyini bildirmişəm, sözümün də arxasındayam. Çünki orada böyük müəəssisələrin tikilməsi və qəsəbə sakinləri üçün yeni iş yerlərinin açılması üçün çalışırıq”.
İcra başçısının mart ayında Balaxanı sakinləri ilə görüşünün kadrlarını bir daha təqdim edirik: