<span style="color:red;">ŞAD XƏBƏR:  Novruz Bayramında əfv sərəncamı imzalanacaq - <span style="color:red;">KOMİSSİYA ÜZVÜ AÇIQLADI
16 fevral 2017 17:59 (UTC +04:00)

ŞAD XƏBƏR: Novruz Bayramında əfv sərəncamı imzalanacaq - KOMİSSİYA ÜZVÜ AÇIQLADI

 

Bu gün Prezident yanında Əfv Məsələləri Komissiyasının iclası keçirilib.

 

Lent.az-a bu barədə komissiyanın üzvü Rəşad Məcid məlumat verib. R. Məcid bildirib ki, komissiyaya 800-ə yaxın müraciət daxil olunub. Bu gün həmin müraciətlərdən 150-si ilə tanış olunub: "Onların yarısından çoxuna müsbət rəy verilib".

 

Rəşad Məcid qeyd edib ki, gələn həftə ərzində komissiyanın iclasları davam edəcək.  

 

Komissiya üzvünün bildirdiyinə görə, Novruz Bayramı ərəfəsində əfv sərəncamının imzalanacağı gözlənilir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 153
avatar

Səlcuq Elçin

Oxşar yazılar