Nigeriya hakimiyyəti «islamçıları» əfv edir
18 aprel 2013 04:42 (UTC +04:00)

Nigeriya hakimiyyəti «islamçıları» əfv edir

0

Nigeriya prezidenti Qudlak Conatan yeni komissiya yaradıb. Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, bu qurum radikal islamçı sayılan «Boko Haram» qrupunun yaraqlılarının əfv olunmasını araşdıracaq.

 

Bu Nigeriya hakimiyyəti tərəfindən ikinci uyğun cəhddir. Birinci əfv ötən həftə elan olunub.

 

«Boko Haram»ın lideri Əbubəkr Şkeau isə bu təklifi rədd edərək, qrupun özünü günahkar saymadığını bildirib.

 

Yeni komissiyaya əsasən müsəlmanların yaşadığı Nigeriyanın şimal rayonlarından olan 20-dən çox sakin daxil edilib. Onlar 60 gün ərzində əfv planını hazırlamalıdır. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 463

Oxşar yazılar