Azərbaycan Respublikasının prezidenti İlham Əliyev xalq şairi Nigar Rəfibəylinin 100 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.
Lent.az-ın AzərTAC-a istinadən verdiyi məlumata görə, sərəncamda qeyd edilib ki, Mədəniyyət və Turizm Nazirliyi Təhsil Nazirliyi ilə birlikdə, Azərbaycan Yazıçılar Birliyinin təkliflərini nəzərə almaqla, xalq şairi Nigar Rəfibəylinin 100 illik yubileyinə dair tədbirlər planını hazırlayıb həyata keçirsin.
Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.