Bu gün Bakı Apelyasiya Məhkəməsində “NİDA” vətəndaş hərəkatının həbsdə olan üzvləri - Zaur Qurbanlı, Rəşadət Axundov, İlkin Rüstəmzadə, Rəşad Həsənov, Məmməd Əzizov və Üzeyir Məmmədli barəsindəki hökmdən verilmiş apellyasiya şikayətinə baxılıb. Lent.az-ın məlumatına görə, hakim Həsən Əhmədov sədrliyi etdiyi prosesdə birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlanılıb.
Qeyd edək ki, Bakı Apellyasiya Məhkəməsində keçirilən ilkin baxış iclası zamanı təqsirləndirilən şəxslərin vəkilləri prosesin istintaqla aparılması barədə vəsatət veriblər. Lakin məhkəmə vəsatəti təmin etmədiyindən həmin iclasın qərarından Ali Məhkəməyə şikayət edilib. Ali Məhkəmə isə kassasiya şikayətini təmin etməyərək işi yenidən Bakı Apellyasiya Məhkəməsinə göndərib.
Onu da qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Zaur Qurbanlı 8, İlkin Rüstəmzadə 8, Rəşadət Axundov 8, Rəşad Həsənov 7 il 6 ay, Bəxtiyar Quliyev 7, Məmməd Əzizov 7 il 6 ay, Üzeyir Məmmədli 7 il, Şahin Novruzlu 6 il müddətinə azadlıqdan məhrum edilib.
B. Quliyev və Ş. Novruzlu prezident İlham Əliyevin oktyabrın 17-də imzaladığı Əfv sərəncamı ilə azadlığa buraxılıb.

NİDA-çı gənclərin şikayəti təmin olunmadı
Oxşar yazılar

Salyanda AĞIR QƏZA, 3 nəfər öldü
13 iyul 2025 , 15:50
İsmayıllıda itkin düşən 40 yaşlı qadının yeri məlum oldu -YENİLƏNİB
13 iyul 2025 , 15:14
Naxçıvanda 34 yaşlı kişi qətlə yetirilib, onu öldürməkdə əmisi şübhəli bilinir
13 iyul 2025 , 13:21
Aeroport yolunda QƏZA
13 iyul 2025 , 12:42
Sumqayıtda güllələnmə: bir nəfər öldü
13 iyul 2025 , 11:50
Qazaxda əkin sahəsində FACİƏ: traktorda kişi meyiti tapıldı
13 iyul 2025 , 11:34
Ölkədən qaçmaq üçün qayınanası ilə evləndi
13 iyul 2025 , 11:28