Bakı Apelyasiya Məhkəməsində Nida Vətəndaş Hərakatının üzvü, bloqqer Əbdül Əbilov barəsində Bakı Ağır Cinayətlər Məhkəməsinin verdiyi qərardan edilən şikayət üzrə məhkəmə iclası keçirilib. Lent.az-ın məlumatına görə, hakim Vüqar Məmmədovun sədrliyi ilə keçirilən prosesdə Ə.Əbilovun şikayəti təmin olunmayıb və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü qüvvədə saxlanılıb.
Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Əbdül Əbilov 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Əbdül Əbilov ötən il noyabrın 22-də DİN-in BMCMİ tərəfindən saxlanılıb. O, narkotik vasitələrin qanunsuz dövriyyəsində ittiham olunub.