Jurnalist Nicat Dağlar müalicə üçün yenidən Gürcüstana gedib. Bunu Lent.az-a açıqlamasında jurnalistin özü məlumat verib. Jurnalistin sözlərinə görə, o xüsusi proqram əsasında müalicə alır və bu müalicənin növbəti mərhələsi kimi dərman preparatları almaq üçün Gürcüstana gedib:
“Mən Almaniyaya növbəti dəfə oktyabrda gedəcəm. Bu vaxta qədər alman həkimlərin göstərişi ilə Gürcüstanda müayinə olunmalıyam. İnşallah, sentyabrın ilk günlərində vətənə qayıdacam və jurnalist fəaliyyətimi bərpa edəcəm”.
Qeyd edək ki, jurnalist leykoz xəstəliyindən müalicə olunur.