
Nəzərdən qorumaq istədilər, amma... körpənin mədəsindən bunlar çıxdı - FOTO
Azərbaycanda altı aylıq körpənin mədəsindən sancaq və digər cisimlər çıxarılıb.
Lent.az Trend-ə istinadən bildirir ki, hadisə Biləsuvar rayonunda baş verib. Belə ki, sözügedən rayonda valideyn yeni doğulan oğlan uşağına gözdəyməyə qarşı daş və ələmi sancaqla onun paltarına taxıb. Bir müddətdən sonra altı ayrıq körpənin vəziyyəti pisləşib. Uşaqda iştahsızlıq və tənəffüs çatışmazlığı qeydə alınıb.
Valideyn tərəfindən Bakıya xəstəxanaya çatdırılan uşağın mədəsində yad cismin olduğu məlum olub. Belə ki, altı aylıq körpə sancağı və üzərində olan digər əşyaları udub. Ə.F.Qarayev adına 2 saylı uşaq kliniki xəstəxanasında endoskopik üsul ilə körpənin mədəsindən həmin əşyalar çıxarılıb.
Körpənin yaxınlarının verdiyi məlumata görə, uşağın hazırda vəziyyəti kafidir və müalicəsi davam etdirilir.
Oxşar yazılar

İki azərbaycanlı ailə Rusiyadan qovuldu
3 iyul 2025 , 11:03Sabunçuda narkotik satan 5 nəfər saxlanıldı -VİDEO
3 iyul 2025 , 10:58
Səfərbərlik Xidməti 62 nəfər barəsində Baş Prokurorluğa müraciət etdi
3 iyul 2025 , 10:38
Bakıda 14-cü mərtəbədən yıxılan qız SAĞ QALDI
3 iyul 2025 , 10:21
Lənkəranda 65 yaşlı kişini bıçaqlayan şəxs tutuldu
3 iyul 2025 , 10:18
Bakıda istirahət mərkəzində FACİƏ: "tok" vurub öldürdü
3 iyul 2025 , 09:47
Siyəzən şəhər sakininin meyidi Bakıda tapıldı
3 iyul 2025 , 09:41