GÜNÜN ŞƏRHİ
Ukraynanın taleyi Qərblə Rusiya arasında bazarlıqdan asılıdır. On illərdir gedən bu bazarlığın tək məqsədi var - Qərb Rusiyadan qazı daha ucuz qiymətə almaq istəyir. Əgər Rusiya satacağı qazın qiymətini ucuzlaşdırsa, bu qazın Ukrayna ya Belarus üzərindən, yoxsa Qara dənizin dibi ilə Avropaya çatdırılacağı Qərb üçün fərq etməyəcək. Bütün siyasi münaqişələrin kökündə iqtisadi mənfəət əldə etmək durur, bu, siyasətin qızıl qanunudur. Ukraynada gedən münaqişənin mahiyyətində bu amil dayanır - mənfəət əldə etmək... Münaqişənin, sanksiyaların Rusiyaya, yaxud Avropaya nə qədər ziyan vurduğu ikinci dərəcəli məsələdir, sonda əldə olunan razılaşma tərəflərin bütün zərərlərini artıqlaması ilə ödəmiş olacaq. Uduzan isə Ukrayna olacaq. Almaniya mətbuatında “Ukrayna Avropada sülhün bərqərar olması naminə Rusiyaya güzəştə getməlidir” mesajları da bu məntiqə söykənir...
Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 2 Mart
83