Nərimanov rayonunda yol qəzası baş verib - <span style="color:red;">YENİLƏNİB
19 aprel 2014 10:32 (UTC +04:00)

Nərimanov rayonunda yol qəzası baş verib - YENİLƏNİB

Bakının Nərimanov rayonunda qəza baş verib.

 

APA-nın xəbərinə görə, qəza Koroğlu Rəhimov küçəsində qeydə alınıb.

 

Hadisə nəticəsində Əliyev Samir Nasir oğlunun idarə etdiyi "VAZ 21099" markalı avtomobillə Əliyev Orxan Bayram oğlunun idarə etdiyi "Mitsubishi " toqquşub. Qəzada sürücülər xəsarət almasa da, avtomobillərə ciddi ziyan dəyib.

 

Hadisə yerinə Dövlət Yol Polisinin Nərimanov Rayon Şöbəsinin əməkdaşları gəliblər. İlkin araşdırmalar nəticəsində məlum olub ki,  qəza "Mitsubishi"nin sürücüsü Əliyev Orxanın günahı ucbatından baş verib. O dönmə əməliyyatını yerinə yetirən  Əliyev Samirin  idarə etdiyi "VAZ 21099" avtomobilini arxadan vurub.

 

Faktla bağlı Dövlət Yol Polisinin Nərimanov Rayon Şöbəsində araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 655
avatar

Oxşar yazılar