Nənəsinin evindən soyğunçuluq edən şikayətçidir
26 aprel 2016 15:14 (UTC +04:00)

Nənəsinin evindən soyğunçuluq edən şikayətçidir

0

Bakı Apellyasiya Məhkəməsində nənəsinin evindəns soyğunçuluqda təqsirləndirilən Sabir Rəcəbzadə və Nurlan Telmanlının birinci instansiya məhkəməsinin hökmündən verdikləri şikayət üzrə məhkəmə prosesi başa çatıb.

 

 

 

Lent.az-ın məlumatına görə, hakim Vaqif Mursaqulovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Hakimlər kollegiyasının qərarına əsasən birinci instansiya məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılıb. Təqsirləndirilən şəxslərin şikayəti təmin edilməyib.

 

Qeyd edək ki, soyğunçuluq hadisəsi  keçən il Yasamal rayonu ərazisində baş verib. S.Rəcəbzadə dostu N.Telmanlı ilə birgə nənəsi Bikə Rəcəbovanın mənzilindən 1 152 manat dəyərində pulu soyğunçuluq yolu ilə əldə edib. Daha sonra hər iki şəxs polis əməkdaşları tərəfindən saxlanılıb. Hər iki şəxs Cinayət Məcəlləsinin 180-ci (soyğunçuluq) maddəsi ilə ittiham olunurlar.

 

 

Bakı Ağır Cinayətlər Məhkəməsində N. Telmanlı 6 il, S. Rəcəbzadə 4 il müddətinə azadlıqdan məhrum edilib. Təqsirləndirilən şəxslər hökmlə razılaşmayaraq apellyasiya şikayəti verib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 198

Oxşar yazılar