Yanvarın 25-nə keçən gecə Neftçala rayonunda ölümlə nəticələnən yanğın hadisəsi baş verib. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, vətəndaşa məxsus ümumi sahəsi 70 kv.m olan birmərtəbəli 2 otaqlı qamış və palçıqdan ibarət evin yanar konstruksiyaları və ev əşyaları yanıb. Yanğının kəşfiyyatı zamanı 1958-ci il təvəllüdlü Nağıyeva Şəndə Vəli qızının meyiti aşkar edilmiş və 1 nəfər yanıq xəsarətləri ilə təcili tibbi yardım tərəfindən xəstəxanaya aparılıb.
Yaxınlıqdakı evlər yanğından mühafizə olunub. Yanğın saat 03:15-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.