Nəbatat Bağında ağac kəsilməsi faktı ilə bağlı cinayət işi açılıb - <span style="color:red;">YENİLƏNİB
17 aprel 2014 17:34 (UTC +04:00)

Nəbatat Bağında ağac kəsilməsi faktı ilə bağlı cinayət işi açılıb - YENİLƏNİB

AMEA-nın Mərkəzi Nəbatat Bağında ağac kəsilməsi ilə bağlı cinayət işi açılıb.


 

Səbail Rayon Polis İdarəsindən (RPİ)APA-ya verilən məlumata görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bakı Şəhəri Ekologiya və Təbii Sərvətlər Departamentinin Səbail RPİ-yə ünvanlanmış müraciətinə əsasən, 5 aprel 2014-cü il tarixdə Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Abasqulu Abbaszadə19/25 ünvanında yerləşən Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Nəbatət bağında 0.30 hektar ərazidə köküstü yaş halda 40 ədəd 4-7 illik həmişəyaşıl Eldar şamı və Sərv növündə ağacların qanunsuz kəsilməsi, habelə kökündən çıxarılaraq məhv edilməsi  faktı aşkar edilib. Ağacların məhv edilməsi nəticəsində dövlətə 360 manat ziyan dəyib.

 

Faktla bağlı Səbail RPİ-də Cinayət Məcəlləsinin 259.1 (qanunsuz ağac kəsmə, meşələrdə və ya qoruqlarda ağacların qanunsuz kəsilməsi xeyli miqdarda ziyan vurma) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

 

Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyev aprelin 13-də Nazirlər Kabinetinin 2014-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında ağacların qanunsuz qırılması və çıxarılması hallarını kəskin tənqid edib. Prezident qeyd edib ki, nadir hallarda, o da Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəyi ilə haradasa ağac ya köçürülə, ya kəsilə bilər: “Vəziyyət əvvəlki illərə nisbətən daha müsbətdir, ancaq biz istədiyimizə tam şəkildə nail ola bilməmişik. Gecə vaxtı gəlirlər, qanunsuz olaraq ağacları kəsirlər, yerləri düzəldirlər ki, ev tiksinlər. Bu vicdansızlıqdır, bu biabırçılıqdır, bu cinayətdir”.

 

Ağackəsmənin tam şəkildə dayandırılmasını zəruri sayan prezident İ.Əliyev aidiyyəti qurumları təkliflərini təqdim etməyə çağırıb: “Biz ağacları kəsənlərə qarşı daha da ciddi tədbir görməliyik. Onlar məsuliyyətə cəlb edilməlidir. Bir daha demək istəyirəm ki, şəhərdə bir dənə də olsun, ağac Ekologiya və Təbii Sərvətlər Nazirliyinin icazəsi, rəyi olmadan kəsilə bilməz. Bu, mənim son xəbərdarlığımdır”.

 

# 1086
avatar

Oxşar yazılar

Bakıda qəza törədən şəxslər jurnalistlərə HÜCÜM ÇƏKDİ -FOTO

Bakıda qəza törədən şəxslər jurnalistlərə HÜCÜM ÇƏKDİ-FOTO

5 may 2024 , 03:19
Bakıda "BMW" ilə "Khazar" toqquşdu

Bakıda "BMW" ilə "Khazar" toqquşdu

5 may 2024 , 01:44
Azərbaycanda  tələbə   vəfat etdi

Azərbaycanda tələbə vəfat etdi

4 may 2024 , 19:07
Astarada velosipedçi çaya düşüb öldü

Astarada velosipedçi çaya düşüb öldü

4 may 2024 , 18:51
Polis zabiti məhkəmə zalında həbs olundu

Polis zabiti məhkəmə zalında həbs olundu

4 may 2024 , 17:31
Lənkəranda uşağın əli ətçəkən maşında  qaldı

Lənkəranda uşağın əli ətçəkən maşında qaldı

4 may 2024 , 16:35
Silsilə oğurluqlar edən "Qızlar dəstəsi"  ələ keçirildi

Silsilə oğurluqlar edən "Qızlar dəstəsi" ələ keçirildi

4 may 2024 , 16:10
Bakının 5 rayonunda bıçaq mağazalarında ƏMƏLİYYAT

Bakının 5 rayonunda bıçaq mağazalarında ƏMƏLİYYAT

4 may 2024 , 15:39