Mədəniyyət və Turizm Nazirliyi son zamanlar xalq artistləri Brilliant Dadaşova və Aygün Kazımova arasında yaşanan qalmaqala münasibət bildirib.
Lent.az-ın məlumatına görə, “Qafqazinfo”ya açıqlama verən qurumun mətbuat xidmətinin katibi İntiqam Hümbətov bildirib ki, xalq artistləri arasında baş verən bu hadisələr nazirlik tərəfindən xoşagəlməz sayılır: “Mədəniyyət və Turizm Nazirliyi olaraq istəməzdik ki, xalq artistləri arasında belə xoşagəlməz hadisələr baş versin. Amma yenə də bu, onların şəxsi işlərdir. Hər birinə sənət uğurları arzu edirik. Başqa heç bir söz deyə bilmərik”.
Xatırladaq ki, Aygün Kazımova - Brilliant Dadaşova münasibətləri ən pik həddə çatıb. Belə ki, Aygün Brilliantın xiyarla fotosunu yayaraq onu təhqir edib. Daha sonra Brilliant Aygünə "mənim hesabıma gündəmdə qalmaq istəyir" ismarıcını yollayıb.