Nazirlik: Şahin Sultanovun rütbəsi endirilməyib
18 aprel 2014 15:41 (UTC +04:00)

Nazirlik: Şahin Sultanovun rütbəsi endirilməyib

0

Azərbaycan Müdafiə Nazirliyi Hərbi Dəniz Qüvvələrinin sabiq komandanı, vitse-admiral Şahin Sultanovla bağlı bəzi KİV-də yayılan məlumatlara münasibət bildirib.


 

Nazirliyin mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, mətbuatda Ş. Sultanovun rütbəsinin iki pillə aşağı salınması barədə yayılan məlumatlar həqiqətə uyğun deyil.

 

Xatırladaq ki, bu gün bir sıra KİV-də Hərbi Dəniz Qüvvələrinin sabiq komandanı, vitse-admiral Ş. Sultanovun rütbəsinin iki pillə endirilməsi barədə məlumatlar yayılıb.

 

Qeyd edək ki, Ş. Sultanov bu ilin martında Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin sərəncamı ilə vəzifəsindən azad edilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1138

Oxşar yazılar