Nazirlik "Baku Steel Company"dəki partlayışa görə təhqiqata başladı
01 iyul 2016 17:05 (UTC +04:00)

Nazirlik "Baku Steel Company"dəki partlayışa görə təhqiqata başladı

0

 "Baku Steel Company" zavodunda bu gün baş verən partlayışın səbəblərinin öyrənilməsi üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən təhqiqat işlərinin aparılmasına başlanılıb".

 

Bu barədə nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev "APA-Economics"in sorğusuna cavab olaraq bildirib.

E. Babayevin sözlərinə görə, hadisəni Dövlət Xidmətinin, müəssisənin özünün işçilərinin, həmkarlar təşkilatının birgə təmsil olunduğu komissiya araşdıracaq: "Hazırda hadisənin hansı səbəbdən baş verməsi barədə dəqiq məlumat vermək mümkün deyil. Araşdırmanın nəticəsi barədə ətraflı məlumat veriləcək".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 374

Oxşar yazılar