Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvan Muxtar Respublikasında keçirdiyi genişmiqyaslı hərbi təlimlər başa çatıb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA TV-yə verilən məlumata görə, müdafiə naziri, general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə keçirilən təlimləri Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavini, Müdafiə məsələləri üzrə Prezidentin köməkçisi general-leytenant Vahid Əliyev də müşahidə edib.