Əsaslı təmirdən sonra İ.Axundlu adına Naxçıvan Muxtar Respublika stadionunun açılışı olub. Lent.az-ın məlumatına görə, açılışda Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbov, gənclər və idman naziri Azad Cabbarov, Muxtar Respublika idman federasiyalarının rəsmiləri və yerli ictimaiyyət nümayəndələri iştirak edib.
Naxçıvanın mərkəzi futbol arenası iyunda təmirə bağlanmışdı. Yenidənqurma və əsaslı təmirdən sonra stadiondakı oturacaq tutumu artırılaraq 12800-ə çatdırılıb, soyunub geyinmə otaqları, məşq zalları təmir olunub.
Qeyd edək ki, “Araz” futbol klubu ev oyunlarını məhz bu stadionda keçirəcək.