Şərurda baş verən yol qəzası nəticəsində ağır xəsarət alan şəxs 5 gün sonra xəstəxanada ölüb. Bu barədə Lent.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Belə ki, aprelin 29-da Şərur rayonu Xanlıqlar kəndinin ərazisində rayon sakinləri Sabit Abdullayevin idarə etdiyi “Ford” və Mübariz Quliyevin idarə etdiyi “VAZ-2107” markalı avtomobillər toqquşub. Xəstəxanaya yerləşdirilmiş M.Quliyev mayın 2-də orada dünyasını dəyişib.
Hazırda Şərur Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.