Naxçıvanda mülki şəxs qumbaraatan tapıb. Lent.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Şahtaxtı kənd sakini Şüküran Bayramov tapdığı 1 ədəd nömrəsi silinmiş tank əleyhinə birdəfəlik qumbaraatanı könüllü olaraq Kəngərli RPŞ-yə təhvil verib.
Fakt üzrə araşdırmalar aparılır.