Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvan Muxtar Respublikasında keçirdiyi genişmiqyaslı hərbi təlimlər başa çatıb. Müdafiə Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, müdafiə naziri, general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə keçirilən təlimləri Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavini, Müdafiə məsələləri üzrə Prezidentin köməkçisi general-leytenant Vahid Əliyev də müşahidə edib.
Qeyd edək ki, təlimlərdə 20 mindən çoxşəxsi heyət, yüzlərlə texnika iştirak edib.
Təlimlərdən çəkilmiş fotoları təqdim edirik.