Ona narkotik satan qadının adını açıqladı, 2 il cəza aldı
23 fevral 2015 13:46 (UTC +04:00)

Ona narkotik satan qadının adını açıqladı, 2 il cəza aldı

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik maddələrin qanunsuz dövriyyəsində təqsirli bilinən Şahgül Mayılova və Sərdar Vəliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Lent.az-ın məlumatına görə, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının qərarı ilə Ş.Mayılova 6 il 6 ay, Sərdar Əliyev isə 2 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

Qeyd edək ki, Sabunçu rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini, 1980-cı il təvəllüdlü Sərdar Valeyev saxlanılıb. Onun üzərinə baxış zamanı 0.541 qram narkotik vasitə aşkar edilib. O, ifadəsində həmin narkotik vasitəni qəbul etmək məqsədilə Bakı şəhər sakini, 1973-cü il təvəllüdlü Şahgül Mayılovdan aldığını deyib. Polisin keçirdiyi əməliyyat nəticəsində Şahgül Mayılov da həbs edilib. Əvvəllər məhkumluq həyatı yaşayan Şahgül Mayılovdan 3 qramdan artıq, evindən isə 67 qramdan artıq heroin götürülüb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 215

Oxşar yazılar