Narkotikdə təqsirləndirilən Əhməd Yusifova bəraət verilib.
Bu barədə Lent.az-a onun vəkili Elnur Quliyev məlumat verib.
Vəkil bildirib ki, müdafiə etdiyi Əhməd Yusifov Mingəçevir polis əməkdaşları tərəfindən saxlanılaraq üzərindən 4,5 qram narkotik vasitə aşkarlanıb.
Mingəçevir şəhər Məhkəməsinin hökmü ilə o, 1 il 2 ay müddətə azadlıqdan məhrum edilib.
Şəki Apellyasiya Məhkəməsində hakim İmamverdi Şükürovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmadığından barəsində bəraət hökmü çıxarılıb və məhkəmə zalından azadlığa buraxılıb.