Narkotik maddələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Qiyasəddin İbrahimovun cinayət işi üzrə ibtidai istintaqı başa çatıb.
Lent.az-a bu barədə Elçin Sadıqov məlumat verib. O bildirib ki, Q.İbrahimovla bağlı cinayət işi gələn həftə baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndəriləcək.
Vəkil qeyd edib ki, Qiyasəddin İbrahimov Nida Vətəndaş Hərəkatının üzvü olub.
Qeyd edək ki, verilən ittihama görə, Qiyasəddin İbrahimovun üzərindən 2,607 qram heroin, yaşadığı mənzilə baxış zamanı isə əlavə olaraq 1 kiloqram 10 qram heroin aşkar edilərək götürülüb. Ona Cinayət Məcəlləsinin 234.1, 234.4.3 maddələri ilə cinayət işi açılıb.