Narkotik becərən və satan qrup saxlanıldı
26 avqust 2015 03:24 (UTC +04:00)

Narkotik becərən və satan qrup saxlanıldı

0

Sabirabadda narkotik tərkibli bitkiləri əkib-becərən və hazır məhsula çevirərək satışı ilə məşğul olan 5 nəfərdən ibarət mütəşəkkil cinayətkar qrup saxlanılıb.

 

Sabirabad polis şöbəsindən APA-nın Mil-Muğan bürosuna verilən məlumata görə,  avqustun 22-də Sabirabad Rayon Polis Şöbəsi (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində əvvəllər (8 azadlıqdan məhrumetmə cəzası) məhkum olunmuş Sabirabad rayonunun Yenikənd kənd sakini, 1961-cı il təvəllüdlü  Rəhimov Vəlixan Ağasəf   oğlu və həmkəndlisi, əvvəllər (2 il azadlıqdan məhrumetmə cəzası) məhkum olunmuş 1966-cı il təvəllüdlü Əkbərov Elməddin Rəfail  oğlu ilə tərkibində narkotik vasitə olan 40 ədəd  çətənə kolunu (yaş halda 32,13 kq) rayonun Yenikənd kəndi ərazisində böyürtkən kollarının əhatəsində əkib-becərmələri məlum olub. Keçirilən əməliyyat tədbirləri zamanı həmçinin onlardan 1,15 kq qurudulmuş marixuana da aşkar olunaraq götürülüb. Həmin faktla bağlı polis şöbəsinin istintaq bölməsində cinayət məcəlləsinin 237.2.3-cü maddəsi ilə  cinayət işi başlanıb.

 

Eyni zamanda istintaqa məlum olub ki, Sabirabad rayon Yenikənd kənd sakinləri 1985-ci il təvəllüdlü Babayev Cavid Fazil  oğlu və 1990-cı il  təvəllüdlü Rzayev Nuhəli Ağasəmid oğlu avqustun 19-da saat 23.00 radələrində Vəlixan Rəhimov və Elməddin Əkbərov tərəfindən qanunsuz olaraq əkib-becərdikləri çətənə kolunun bir hissəsini  satış məqsədi ilə talayaraq həmkəndliləri, əvvəllər məhkum olunmuş 1984-cü il təvəllüdlü  Hüseynov Bayram Hüseyn oğluna saxlamaq üçün veriblər.

 

Keçirilmiş tədbirlər nəticəsində Bayram Hüseynova verilən narkotik vasitə sonuncunun yaşadığı evin həyətindən 1,185 kq miqdarında götürülüb.

 

Rəhimov Vəlixan, Əkbərov Elməddin CM-nin 237.2.3-cü, Babayev Cavid, Rzayev Nuhəli CM-nin 235.1-ci, Hüsenyov Bayram isə CM-nin 234.1-ci maddələri ilə şübhəli şəxs qismində tutulub.

 

Faktla bağlı Sabirabad polis şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 309

Oxşar yazılar