Gəncə sakinindən narkotik maddə aşkarlanıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Lent.az-a verilən məlumata görə, Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında Gəncə dəmir yolu stansiyası ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində üzərində narkotik daşımaqda şübhəli bilinən Gəncə şəhər sakini E.İbrahimov saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan 488 qram marixuana aşkar edilərək götürülüb.
Şəki Şəhər Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılan şəhər sakini S.Abdulrəhimovdan 475 qram, Naftalan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılan şəhər sakini, əvvəllər məhkum olunmuş P.Ruzicəngidən isə 426 qram marixuana aşkar edilərək götürülüb.
Hər üç faktla bağlı araşdırma aparılır.