Nardaranda daha bir nəfər hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən saxlanılıb. Lent.az-ın Trend-ə istinadən xəbərinə görə, bu barədə Nardaran sakinləri məlumat veriblər.
Məlumata əsasən, Nardarandakı Rəhimə xanım ziyarətgahının axundu Hacı Nuhbala Rəhimov da polis tərəfindən saxlanılıb. Bildirilir ki, N.Rəhimov ziyarətgahda saxlanılaraq Sabunçu rayon Polis İdarəsinə aparılıb və Sabunçu rayon məhkəməsinin qərarı ilə barəsində 12 sutkalıq həbs qətimkan tədbiri seçilib.
Sakinlər bildiriblər ki, axund da Nardaran hadisələrinə görə saxlanılıb.