Hacı Natiqin məhkəməsinin vaxtı məlum oldu
17 yanvar 2017 15:13 (UTC +04:00)

Hacı Natiqin məhkəməsinin vaxtı məlum oldu

0

Dövlətə xəyanətdə təqsirləndirilən Nardaran ağsaqqalı Natiq Kərimov və Azərbaycan İslam Partiyasının sabiq sədr müavini İnqilab Əhədovun cinayət işi üzrə məhkəmənin vaxtı məlum olub.

 

Lent.az-ın məlumatına görə,  cinayət işi hazırlıq iclası yanvarın 23-ə təyin edilib.

 

Xatırladaq ki, bu cinayət işi hakim Eldar İsmayılovun icraatına verilmişdi. Bir neçə gün əvvəl Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən hazırlıq iclasında  hakim özünə etiraz verib. Bildirib ki, cinayət işi ilə tanış olan zaman həmin iş üzrə istintaqın Dövlət Təhlükəsizlik Xidmətində aparıldığını və həmin iş üzrə istintaq qrupunun üzvü olan Emil İsmayılzadənin isə oğlu olduğunu deyib. Bundan sonra iş onun icraatından götürülüb.

 

Daha sonra cinayət işi baxılması üçün həmin məhkəmənin hakimj Əhməd Quliyevin icraatına verilib.

 

Qeyd edək ki, Kərimov Natiq Əlövsət oğlunun xarici xüsusi xidmət orqanında məxfi əməkdaşlığa cəlb edilərək uzun müddət həmin qurumun tapşırıqlarını yerinə yetirməkdə, dövlət təhlükəsizliyi zərərinə casusluq edərək dövlətə xəyanət etməkdə təqsirləndirilir.

 

N. Kərimov Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsilə təqsirləndirilən şəxs qismində saxlanılıb, məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. Sonradan həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəzlənib.

 

Xarici xüsusi xidmət orqanında məxfi əməkdaşlığa cəlb edilərək 2011-ci ildən etibarən mütəmadi olaraq həmin orqan tərəfindən verilən tapşırıqları yerinə yetirməkdə, Azərbaycanın dövlət təhlükəsizliyi zərərinə casusluq edərək dövlətə xəyanət etməkdə təqsirləndirilən Azərbaycan vətəndaşı Əhədov İnqilab Xəlil oğlu da Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib, məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 318

Oxşar yazılar