<b>Namus söhbətinə görə bacısını boğub öldürənə <span style="color:red;">9 İL HƏBS </b>
27 aprel 2017 16:00 (UTC +04:00)

Namus söhbətinə görə bacısını boğub öldürənə 9 İL HƏBS

Bacısını boğaraq öldürməkdə təqsirləndirilən Rafael Yolçuyevin cinayət işi üzrə məhkəmə başa çatıb.

 

Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.  Hakimlər kollegiyasının hökmünə əsasən Rafael Yolçuyev 9 il müddətinə azadlıqdan məhrum edilib.

 

 

Qeyd edək ki, qətl bu ilin yanvar ayında Şamaxıda baş verib. Rayon sakini 1977-ci il təvəllüdlü Yolçuyev Rafael Səbrxan oğlu ailə münaqişəsi zəminində aralarında baş verən dava zamanı bacısı, 1981-ci il təvəllüdlü Arzuxanova Yasəmən Səbrxan qızını boğaraq öldürüb. Qətlin namus üstündə baş verdiyi deyilir. Yerli sakinlərin bildirdiyinə görə, ailəli olan Yasəmən Arzuxanova həyat yoldaşı ilə mübahisə etdikdən sonra Bakıya gəlib. Bundan qəzəblənən Rafael Yolçuyev bacısını Bakıdan Şamaxıya gətirərək qətlə yetirib və polisə könüllü təslim olub.

 

 

Ona Cinayət Məcəlləsinin 120.1(qəsdən adam öldürmə) maddəsi ilə ittiham verilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 212
avatar

Səlcuq Elçin

Oxşar yazılar