Naməlum sümüklərin saxlanması üçün xüsusi mərkəz yaradılır
30 yanvar 2013 19:48 (UTC +04:00)

Naməlum sümüklərin saxlanması üçün xüsusi mərkəz yaradılır

Yeni mərkəzin Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin bazasında yaradılması planlaşdırılır

 

 

Azərbaycanda itkin düşmüş şəxslərin yaxın qohumlarından qan nümunələrinin götürülməsi və müvafiq qan bankının yaradılması, bankın və naməlum sümük qalıqlarının beynəlxalq aləmdə qəbul olunmuş qaydada saxlanması üçün müasir tələblərə uyğun laboratoriyası olan xüsusi mərkəzin yaradılacaq.

 

Lent.az-ın verdiyi məlumata görə, bunu bu gün Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının yaradılmasının 20-ci ildönümünə və 2012-ci ilin  yekunlarına həsr olunmuş iclasda Dövlət Komissiyasının katibi Şahin Sayılov bildirib.

 

Şahin Sayılov deyib ki, Dövlət Komissiyasının qərarına uyğun olaraq bu məsələ ilə bağlı 2011-ci ilin aprel ayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət ünvanlanıb. Dövlət başçısı bununla əlaqədar Nazirlər Kabinetinə göstəriş verib və məsələnin icrası Səhiyyə Nazirliyinə tapşırılıb. Yeni mərkəzin Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin bazasında yaradılması planlaşdırılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 511
avatar

Oxşar yazılar